Ankarada boya fabrikində güclü yanğın olub

ankarada-boya-fabrikinde-guclu-yangin-olub
Oxunma sayı: 639

Türkiyənin paytaxtı Ankaranın Kahramankazan qəsəbəsində boya fabrikində yanğın baş verib.

“Qafqazinfo” CNN Türk-ə istinadən xəbər verir ki, hadisə yerinə çoxlu sayda yanğınsöndürən cəlb edilib.

Yanğın qısa zamanda yayıldığı üçün 2 saat ərzində çətinliklə söndürülüb.

Xoşbəxtlikdən hadisə zamanı ölən və xəsarət alan olmayıb.

Yanğının hansı səbəbdən başladığı bilinmir.