Ankarada küçəyə qətlə yetirilən səfirin adı verildi

ankarada-kuceye-qetle-yetirilen-sefirin-adi-verildi
Oxunma sayı: 731

Ankarada Qaryağdı küçəsinə qətlə yetirilən səfir Andrey Karlovun adı verilib.

Qafqazinfo”nun “Ria Novosti”yə istinadən xəbərinə görə, həmin küçədə Rusiya səfirliyinin binası yerləşir.

Xatırladaq ki, Rusiyanın Türkiyədəki səfiri, 62 yaşlı Andrey Karlov dekabrın 19-da Ankara Müasir Sənət Mərkəzində 22 yaşlı polis Mevlet Mert Altıntaş tərəfindən öldürülüb. Sui-qəsdçi isə polis özəl hərəkatı tərəfindən zərərsizləşdirilib.