Ankarada maşınlar suyun altında qalıb - Video

Ankarada maşınlar suyun altında qalıb
Oxunma sayı: 1675

Ankarada davam edən güclü leysan yağışları xüsusilə Sincan rayonunda küçə və yolların su basmasına səbəb olub.

"Qafqazinfo" "Hürriyet"ə istinadən xəbər verir ki, dünən günorta saatlarından etibarən başlayan leysan yağışları hələ də davam edir.

Sincan rayonunda yaranan sel və daşqınlar nəticəsində dayanacaqları su basıb, çoxlu sayda avtomobil su altında qalıb. ​Bir çox binanın giriş mərtəbələri və zirzəmilərinə də su dolub. Bəzi yol və körpülər nəqliyyata bağlanıb.

Vətəndaşlar öz imkanları ilə suyu boşaltmağa çalışıb. Bələdiyyə qrupları da rayonda suyun boşaldılması üçün işlərə başlayıb.