Ankarada müdafiə sənayesi üzrə əməkdaşlığa dair zirvə görüşü

ankarada-mudafie-senayesi-uzre-emekdasliga-dair-zirve-gorusu
Oxunma sayı: 770

Yanvarın 14-də Ankarada Azərbaycan ilə Türkiyə arasında müdafiə sənayesi üzrə əməkdaşlığa dair zirvə görüşü keçirilib.

"Qafqazinfo"ya daxil olan məlumata görə, Türkiyənin Müdafiə Sənayesi Başkanlığında təşkil olunan görüş 2018-ci ildə imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında” sazişin müddəalarına uyğun olaraq həyata keçirildi.

Görüşdə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin və birlik, müəssisələrinin rəhbərlərindən ibarət geniş tərkibdə nümayəndə heyəti, Türkiyənin “Aselsan”, “Roketsan”, “Ayesaş”, “TAİ”, “Çukurova” və digər qabaqcıl müdafiə sənayesi şirkətlərinin rəhbərləri iştirak edib.

Tədbirdə Azərbaycan ilə Türkiyə arasında müdafiə sənayesi üzrə mövcud əməkdaşlıqdan məmnunluq ifadə olundu və bir sıra yeni əməkdaşlıq layihələrinin icrası ilə bağlı qarşılıqlı razılıqlar əldə edilib.

Sonda iclasın yekununa dair protokol imzalanıb.

Səfər çərçivəsində nümayəndə heyətini Türkiyənin müdafiə sənayesi başkanı İsmayıl Dəmir qəbul edib.