Ankaranın Pursaklar adlanan ərazisində binaların birində partlayış baş verib.
“Qafqazinfo”nun “DHA”ya istinadən məlumatına görə, 3-ü sivil, 2-si polis olmaqla 5 nəfər yaralanıb.
Partlayışın qaz sızmasından baş verdiyi ehtimal edilir.
Hadisə yerinə xeyli sayda polis, yanğınsöndürən və təcili yardım göndərilib.


Son xəbərlər
Son Xəbərlər