Ankarada qəza - 9 ölü, 20-dən çox yaralı

ankarada-qeza
Oxunma sayı: 1709

Türkiyənin Ankara şəhərində sərnişin avtobusu qəzaya uğrayıb.

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə Polatlı rayonunda qeydə alınıb.

Ankara valisi Vasip Şahin bildirib ki, qəza nəticəsində 9 nəfər ölüb və 26 nəfər yaralanıb.

Hadisənin başvermə səbəbləri araşdırılır.