Ankarada polis məmuru qadın polisi və yanındakı mülki şəxsi silahla vuraraq qətlə yetirib.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, qətli törətdikdən sonra polis məmuru təslim olub. Onun öldürdüyü qadının keçmiş əri olduğu müəyyən edilib.
Ankarada daha bir silahlı qətl baş verib. Belə ki, silahlı şəxs qardaşı və qardaşı arvadını güllələyərək daha sonra intihar edib. Xəstəxanaya çatdırılan qardaşını xilas etmək mümkün olmayıb.
Son xəbərlər
Son Xəbərlər