Ankaradakı partlayışda PKK barmağı

ankaradaki-partlayisda-pkk-barmagi
Oxunma sayı: 984

Ankarada bombalı terror hücumu nəticəsində ölənlərin sayı 34 nəfərə çatıb, 19-u ağır olmaqla, ümumilikdə 125 yaralı var.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə yerində aparılan axtarışlar nəticəsində 2015-ci ildə PKK-ya qoşulan qadına aid barmaq tapılıb. Məlum olub ki, həmin qadınla bir kişi Ankarada benzin alarkən təhlükəsizlik kamerasına düşüblər. Daha sonra terroru həyata keçirən ağ rəngli BMW markalı avtomobilin də həmin görüntüdəki avtomobillə eyni olduğu üzə çıxıb.

Digər bir iddiaya görə, Ankaradakı terror bir qadın, iki kişi tərəfindən həyata keçirilib. Belə ki, kişi terrorçu bomba yüklü avtomobili, qadın isə üzərindəki bombanı partladacaqdı. Lakin ilk partlayışda qadın öldüyü üçün öz üzərindəki bombanı işə sala bilməyib.

Qeyd edək ki, Ankara son 5 ay ərzində 3 böyük terror hücumu ilə sarsılıb.