“Anlaşma əldə etmək olar” - ABŞ-dan Rusiyaya

anlasma-elde-etmek-olar
Oxunma sayı: 2635

ABŞ Rusiya ilə Amerika raketlərinin Ukraynada yerləşdirilməməsini müzakirə etməyə hazırdır, bu istiqamətdə irəliləyiş mümkündür.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü təhlükəsizlik üzrə gözlənilən Rusiya-Amerika danışıqları ilə bağlı jurnalistlər üçün xüsusi telefon brifinqində ABŞ administrasiyasının yüksək rütbəli rəsmisi bildirib.

"Rusiya Ukraynada hücum xarakterli raket sistemlərinin yerləşdirilməsi perspektivi ilə özünə təhlükə hiss etdiyini bildirib. ABŞ Prezidenti Co Baydenin Rusiya Prezidenti Vladimir Putinə dediyi kimi, ABŞ-ın bunu etmək niyyəti yoxdur. Rusiya qarşılıqlı öhdəliklər verməyə hazırdırsa, anlaşma əldə etmək olar”, - brifinqdə bildirilib.

Qeyd edilib ki, ABŞ Rusiya Federasiyası ilə hərbi təlimlərin, o cümlədən strateji bombardmançıların miqyasının məhdudlaşdırılmasını müzakirə etməyə hazırdır.

Həmçinin əlavə edilib ki, ABŞ Rusiyanın NATO-nun açıq qapı siyasətindən imtina etməsini nəzərdə tutan təklifləri ilə heç vaxt razılaşmayacaq:

“ABŞ Cenevrədəki görüşlərdə Rusiya ilə Şərqi Avropadakı qoşunlarının sayını müzakirə etmək niyyətində deyil, bu barədə məlumatlar yanlışdır.

Ukraynaya qarşı təcavüz olacağı təqdirdə Rusiya Qərbin təkcə iqtisadi deyil, həm də diplomatik sanksiyaları ilə üzləşəcək”.