Azərbaycanın Xalq artisti Yusif Eyvazov Rusiyanın Xalq artisti Valeriyanın “Aramızda” adlı yutub layihəsinin qonağı olub.
“Qafqazinfo” xəbər verir ki, məşhur opera ifaçısı proqramda xanımı, Xalq artisti Anna Netrebko ilə ortaq övladlarının olmaması mövzusuna toxunub.
Eyvazov qeyd edib ki, onların genetik səviyyələri uyğun deyil və bu səbəbdən uşaqları yoxdur: “Hər şey bizimlə çox gözəldir, lakin genetik səviyyədə tamamilə uyğun gəlmirik. Ayrı-ayrılıqda övlad sahibi ola bilərik, amma birlikdə deyil. Hər şeyi qətiliklə sınadıq, işə yaramadı”.

Bundan əlavə, yeddi ildir Anna ilə evli olan Xalq artisti surroqat ana xidmətinə müsbət yanaşmadığını, övladının sevdiyindən yox, başqa bir qadından dünyaya gəlməsinin əleyhinə olduğunu qeyd edib.
Sənətçi, eyni zamanda A. Netrebkonun birinci evliliyindən olan oğlu Tiaqo barədə danışıb. Eyvazov bildirib ki, zamanla uşağın etimadını qazana bilib və onu öz övladı qədər çox sevir.
Həmçinin, Yusif Eyvazov öz həyat yoldaşını “Əsl Azərbaycan qadını” adlandırıb və qeyd edib ki, o, heç vaxt nə təklikdə, nə də ictimaiyyət arasında onun alçaldılmasına icazə verməyəcək.

Son xəbərlər
Son Xəbərlər