Anna Netrebko yenidən Avropa səhnəsində

anna-netrebko-yeniden-avropa-sehnesinde
Oxunma sayı: 2119

Bir müddətdir qadağalarla üzləşən və yaradıcılığına fasilə verən Rusiya Xalq artisti, opera ifaçısı Anna Netrebko Avropada böyük səhnəyə qayıdır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, feysbuk səhifəsində bildirib.

Belə ki, Netrebko aprelin sonunda Monte-Karlo operasının səhnəsində debüt edəcək. O, Puççininin “Manon Lesko” operasında xəstələnən soprano Mariya Aqrestanı əvəz edəcək. Həmin tamaşada Netrebkonun həyat yoldaşı, Azərbaycanın Xalq artisti Yusif Eyvazov da iştirak edəcək.

Bundan başqa, Netrebko mayın 27-də yenidən Milanın “La Scala” teatrının səhnəsində görünəcək. Onu skripkaçı Covanni Andrea Zanona və pianoçu Malkolma Martino müşayiət edəcəklər.   

Netrebko, həmçinin iyul ayında Madriddə “Universal Music Festival”da səhnəyə çıxacaq. Burada da Y. Eyvazov onu tək buraxmayacaq.

Qeyd edək ki, A. Netrebkonun Rusiya-Ukrayna müharibəsi başlayandan mövqeyini bildirməməsi səbəbindən bir sıra nüfuzlu Avropa teatrları onunla əməkdaşlıqdan imtina etmişdi.