Anna öldü

anna-oldu
Oxunma sayı: 2974

Rumıniyanın keçmiş kralı Mixayın həyat yoldaşı Anna 92 yaşında dünyasını dəyişib.

Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, o, İsveçrədə xəstəxanalardan birində vəfat edib. Anna Rumıniyanın Kurtya-de-Arceş şəhərində dəfn olunacaq.

Xatırladaq ki, Mixay və Anna 1947-ci ildə tanış olub və 1 il sonra ailə həyatı qurublar. Onların 5 övladı var. 

Kral Mixay 94 yaşında xərçəngdən dünyasını dəyişib.