ANN.Az-dan haker hücumları ilə bağlı açıqlama

annaz-dan-haker-hucumlari-ile-bagli-aciqlama
Oxunma sayı: 656

“Qafqazinfo”nun məluamtına görə, axşam saatlarından başlayan hücum fevralın 27-də də davam edib.İlkin analizlər göstərir ki, hücumları erməni hakerlər edib və Xocalı soyqırımının ildönümündə azərbaycanlı hakerlərin erməni saytlarına hücumuna cavab xarakteri daşıyıb.

Haker hücumunun məqsədi ANN.Az saytının serverini təhlükəli viruslar vasitəsi ilə dağıtmaq olub. ANN.Az-ın proqram təminatı və server təhlükəsizliyi ilə məşğul olan olan mütəxəssislərinin bildirdiyinə görə, artıq hücumun qarşısı tam şəkildə alınıb. Saytın serverinə və arxivinə ciddi xətər toxunmayıb. Hazırda sayt iş rejimini tamamilə bərpa edib.