Anomal isti gözlənilir, temperatur 44 dərəcəyədək yüksələcək - Xəbərdarlıq

anomal-isti-gozlenilir-temperatur-44-dereceyedek-yukselecek
Oxunma sayı: 5842

Milli Hidrometeorologiya Xidməti Azərbaycanda hava şəraitinin pisləşəcəyi ilə bağlı xəbərdarlıq edib.

“Qafqazinfo”nun məlumatına görə, həftə ərzində ölkə ərazisində hava şəraitinin anomal isti keçəcəyi, havanın temperaturunun Bakıda və Abşeron yarımadasında 35-39, iyunun 24-25-də Bakı şəhərinin bəzi ərazilərində 40-42, respublikanın rayonlarında 35-40, iyunun 24-25-də isə aran rayonlarında 42-44 dərəcəyədək yüksələcəyi gözlənilir.

Tibbi-meteoroloji  proqnoz 

Həftə ərzində Bakıda və Abşeron yarımadasında anomal isti, günün bəzi saatlarında durğun hava şəraiti, zəif küləklərin üstünlüyü, gündüz  güclü temperatur diskomfortu gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.