Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan və digər Vaşinqton rəsmilərinin Rusiyanın Ukrayna ilə bağlı müharibə planları ilə bağlı açıqlamalarını şərh edərkən deyib ki, bu, ABŞ-ın özünün münaqişədə maraqlı olduğunu nümayiş etdirir.
“Qafqazinfo” xəbər verir ki, Zaxarova TASS-a bu barədə deyib:
“Ağ Evin isteriyası həmişə olduğundan daha çox özünü göstərir. Anqlosakslara müharibə lazımdır. Nəyin bahasına olursa olsun. Təxribatlar, dezinformasiya və təhdidlər öz problemlərini həll etmək üçün sevimli üsuldur. Amerikanın hərbi-siyasi maşınının çarxı insanların həyatından yenidən keçmək üçün hazırdır. Bütün dünya militarizm və imperiya ambisiyalarının özünü necə ifşa etdiyini izləyir”.
Bundan əvvəl Sallivan Rusiyanın Pekin Olimpiadası zamanı Ukraynaya qarşı aqressiv addımlar ata biləcəyini iddia etmişdi. O, həmçinin bildirib ki, ABŞ-ın hesablamalarına görə, Rusiya Ukraynaya potensial müdaxilə halında ölkənin böyük şəhərlərini, o cümlədən Kiyevi ələ keçirə bilər.
Son xəbərlər
Son Xəbərlər