Anri istefa verdi

anri-istefa-verdi
Oxunma sayı: 1678

Fransa millisinin sabiq futbolçusu Tyerri Anri baş məşqçisi olduğu “Monreal İmpakt” klubundan ayrılıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Anri ailə vəziyyəti ilə bağlı istefa verməli olub.

43 yaşlı çalışdırıcı buna görə də Kanada təmsilçisini tərk edib. Koronavirusla bağlı məhdudiyyətlər üzündən Anri uzun müddət uşaqlarını görə bilməyib.

Qeyd edək ki, fransalı 2019-cu ilin noyabrında Monreal təmsilçisinin baş məşqçisi təyin olunub. Komanda 2016-cı ildən sonra MLS-in pley-offuna onun rəhbərliyi altında çıxıb.