ANS açıqlama verdi

ans-aciqlama-verdi
Oxunma sayı: 2395


Bunu ANS Şirkətlər Qrupu prezidentinin müşaviri Mais Məmmədov telekanalda kütləvi kadr dəyişikliyinin aparılması haqda mətbuatda yayılan xəbərlərlə bağlı AzVision.az-a açıqlamasında bildirib.

M.Məmmədovun sözlərinə görə, yayılan xəbərlər həqiqəti əks etdirmir. 

“Yalan xəbərdir. Neçənci zəngdir ki, bu barədə məndən soruşulur. Bu xəbərləri niyə yayırlar? İşləri gücləri yoxdur bunların? ANS-in bölgə müxbirləri çoxdur, həm burada, həm də xaricdə. İndi tutaq ki, bir nəfər işdən çıxarlıbsa, bu o deməkdir ki, ANS-də ixtisarlar gedir? Belə xəbərləri yaymaq nəyə lazım?”. 

Qeyd edək ki, AzNews.az-ın məlumatına görə, ANS TV bölgələrdəki müxbir və operatorlarını işdən azad edib. ANS TV-nin Göyçay muxbiri Günel İsayeva, operator Təbriz Hacıyev, Qazax üzrə muxbiri Vasif Abdıyev və operator Rəşad Əlisgəndərli, Cəlilabad bürosunun muxbiri Rəhman Məlikov və 13 ildən çox bu tv-də çalışan opertator İlqar Mustafayev, Şirvan şəhəri üzrə müxbiri Nəriman Məmmədov və operator Fərid Əliyev işdən çıxarılıb. İşdən çıxarılan əməkdaşlara əvvəlcədən heç bir xəbərdarlıq edilməyib. ANS-in bölgə əməkdaşlarına bu barədə məlumat onlar işdən çıxarıldıqları gün verilib.