ANS büroları niyə bağlayır? - - Cavab

ans-burolari-niye-baglayir-
Oxunma sayı: 1622



"Qafqazinfo" xəbər verir ki, bunu Modern.az-a ANS telekanalının ictimaiyyətlə əlaqələr müşaviri Mayıs Məmmədov deyib. O, əlavə edib ki, Qarabağ, Lənkəran kimi şəhərlərdə bürolar olmalıdır. 

“Amma xəbər, material gəlməyən bəzi bürolar kimə lazımdır?! Büroların bağlanması ilə əlaqədar müxbirlərdən narazılıq edən kimsə olmayıb. Bir nəfər mütəmadi olaraq bir yerdə çalışmır ki? Hamı nə vaxtsa, hansısa səbəbdən iş yerini dəyişir. Bu normaldır. Mənim 76 yaşım var. Müxtəlif illərdə müxtəlif yerlərdə çalışmışam. Ayrıldığım iş yerlərindən də küskün, incik düşməmişəm. Düşünürəm ki, zamanla dəyişiklik edilməsi normaldır”.

Qeyd edək ki, ANC-in Göyçay və Cəlilabad büroları artıq bağlanıb.