ANS İlkin Həsənlini məhkəməyə verdi

ans-ilkin-hesenlini-mehkemeye-verdi
Oxunma sayı: 3845


“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, telekanal rəhbərliyi ANS haqqında təhqirə və böhtana yol verdiyini bildirərək İlkin Həsəni və “azxeber.com” saytını məhkəməyə verib. Sayt yazır ki, bu təhqir dolu xəbərləri tirajlayan digər portallar, agentliklər də müəyyənləşdirilərək məhkəməyə veriləcək: “ANS açıq şəkildə bəyan edir ki, bundan sonra da öz nüfuzunu, əməkdaşlarının şərəf və ləyaqətini etibarlı surətdə qoruyacaq. Əgər kimsə milli mənəvi dəyərlərə həqarət edəcəksə, Azərbaycan xalqının heysiyyatına toxunan addımlar atacaqsa, qarşısında ANS-i görəcək. Heç bir KİV və ya onun nümayəndəsi bizim sərt və amansız reaksiyamızdan sığortalandığını güman etməsin. Biz milli mənəvi dəyərlərin hardan başlandığını və onu tapdayan şəxslərin namus və ismət böhranı keçirmə səbəblərini yaxşı başa düşürük.

Məhkəməyə müraciət etməyimizin səbəbi də elə bu fikri çatdırmaqdır ki, hər kəs öz yerini bilsin. Yoxsa, onlara yerlərini biz göstərəcəyik”.