ANS-in əməkdaşı qəzaya düşdü

ans-in-emekdasi-qezaya-dusdu
Oxunma sayı: 3682


Paytaxtın Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Zabrat qəsəbəsində qeydə alınıb.

Polad Orucovun idarə etdiyi “Mercedes” markalı avtomobil yol kənarında olan maneəyə çırpılıb. Nəticədə avtomobildə olan 1990-cı il təvəllüdlü Əlibala Hacıyev və həyat yoldaşı Bahar Hacıyeva ağır bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.

Qeyd edək ki, P. Orucov ANS telekanalında operator işləyir.