ANS-in prezidenti moto yürüşdə - - Fotosessiya

ans-in-prezidenti-moto-yurusde-
Oxunma sayı: 3980


“Qafqazinfo” xəbər verir ki, festival tarixi Aşağı Karvansaray kompleksində baş tutub. Moto Festivalda dünyanın bir çox ölkələrindən - ABŞ, İngiltərə, Türkiyə, Rusiya, Gürcüstan, Xorvatiya, İran, Böyük Britaniyada və s. ölkələrdən baykerlər iştirak edib. Festival şərçivəsində aşağı Karvansrayda həm də yarmarkalar təşkil edilib. Onlarla baykerin, yüzlərlə izləyicinin qatıldığı festivalın açılışında Şəki rayon icra hakimiyyətinin başçısı Elxan Usubov səhnəyə çıxıb. O, bildirib ki, Azərbaycanın qədim şəhəri hesab edilən Şəkidə belə mötəbər festivalın keçirilməsinə görə sevinclidir. "Baykerlər igid oğlanlardır. Dünyanın bir çox yerlərindən onların bura gəlişi bu diyarın igidlər diyarı olduğuna dəlalət edir. Belə festivalin məhz Şəki şəhərində keçirilməsinə görə ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevə və digər təşkilatçılara dərin minnərdarlığımı bildirirəm”. 

ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev isə çıxışında qeyd etdi ki, Qafqaz Moto Festivalının məhz Azərbaycanda keçirilməsi Azərbaycanın çiçəklənməsindən xəbər verir. "Elə bu baxımdan Azərbaycanı seçməmək olmazdı. Bu gün bizim dostlarımız Rusiya, Türkiyə, Gürcüstan və İrandan gəlib. Hətta Böyük Britaniya və ABŞ-dan da dostlarımız bura təşrif buyurub. Mən onların hamısına böyük təşəkkürümü bildirirəm. Şəki rayon icra hakimiyyətinin başçısı Elxan Usubova burda əlverişli şərait yaratdıqlarına görə "sağ olun" deyirəm. Eyni zamanda bu gün avqustun 29-da Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin ad günüdür. Çingiz Mustafayev sağ olsaydı, o da bu gün bizimlə birgə burda olardı. Onun oğlu Fuad Mustafayev burdadır. Allah hər kəsin canını sağ eləsin və bu təşkilatı işlərdə mənə, baykerlərə kömək etdiklərinə görə hər kəsə, sponsorlarımıza təşəkkür edirəm". 

Fuad Mustafayev də atasının doğum gününə təsadüf edən festivalın keçirilməsindən çox sevincli olduğunu bildirib. "Mən fəxr edirəm ki, bu gün keçirilən Moto Festival atamın ad gününə təsadüf edib. Sevindirici bir haldır ki, dünyanın öndə gedən bir neçə olkəsindən baykerler Azərbaycana gəliblər".

Moto yürüşdə isə onlarla bayker öz ölkələrinin bayraqları ilə Şəki küçələrində motohəvəskarları salamlayıblar. Qeyd edək ki, CAUCASUS MOTO FESTi Harley Davidson, “Baku HOG Azerbaijan”, Şəki İcra Hakimiyyəti və Çingiz Mustafayev Fondunun təşkilatçılığı ilə həyata keçirilib.