ANS intihar edən gəncin ailəsini məhkəməyə verir

ans-intihar-eden-gencin-ailesini-mehkemeye-verir
Oxunma sayı: 5396


“Qafqazinfo” Aznews.az-a istinadən xəbər verir ki, məhkəmə predmeti olacaq hadisə İ.Şahmarlının dəfn mərasimində baş verən insidentlə bağlıdır. Belə ki, dəfn mərasimindən sujet hazırlamaq istəyən ANS-in əməkdaşlarına zorakılıq nümayiş edirilib.

Məlumata görə, ANS-in çəkiliş qrupu İsa Şahmarılının evinə getdiyi zaman da mərhumun atası çəkiliş qrupunun kamerasını sındırıb. Buna görə də ANS İ.Şahmarlının ailəsi ilə məhkəmədə görüşəcək.

Qeyd edək ki, ANS-in İctimaiyyətlə əlaqələr üzrə baş müşaviri Mais Məmmədov məlumatı “Bakupost”a təsdiqiləyib.