Bu gün Səbail rayon Bakı Apellyasiya Məhkəməsində ANS Şirkətlər Qrupunun Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı 8 şikayətinə baxılıb.
“Qafqazinfo” xəbər verir ki, bunu anspress-ə ANS Şirkətlər Qrupunun vəkili Sevda Məhərrəmova deyib. O, bildirib ki, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə şikayətlər üzrə qərar qəbul edib. "Məhkəmənin gəldiyi nəticə bundan ibarət olub ki, MTRŞ verdiyi qərarlara yenidən baxmalıdır. Bu 8 şikayət ANS ÇM radiosu ilə bağlıdır. Belə ki, MTRŞ ötən il dekabrın 23-də ANS ÇM radiosunu 161 min manat cərimələyib".
Son xəbərlər
Son Xəbərlər