Ansi Aqolli “Qarabağ”da qalacaq

ansi-aqolli-qarabagda-qalacaq
Oxunma sayı: 802

Albaniya millisinin müdafiəçisi və kapitanı Ansi Aqolli ardıcıl 4-cü dəfə çempion olduğu “Qarabağ"la yeni müqavilə imzalayacaq.  

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı albaniyalı futbolçu ölkəsinin mətbuatına müsahibəsində deyib. 

O bildirib ki, ölkəmizdə oynamaqdan xoşbəxtdir və qarşıdakı bir ili də Ağdam klubunda keçirmək istəyir. 

Qeyd edək ki, Albaniya millisinin kapitanı 2012-ci ildən "Qarabağ"da çıxış edir.