Ansi Aqollinin baş məşqçisi istefa verir

ansi-aqollinin-bas-mesqcisi-istefa-verir
Oxunma sayı: 700

Albaniya millisinin baş məşqçisi Canni De Byazi oktyabrda yığmadan ayrılacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə mütəxəssis "Football İtalia"ya açıqlamasında bildirib:
 
“Bu, təbii prosesdir. Hər şeyin əvvəli olduğu kimi, sonu da var. Albaniya futbolunda hər şey möhtəşəmdi, heç bir inqilabi dəyişikliyə ehtiyac yoxdur”.
 
Qeyd edək ki, Albaniya millisi DÇ-2018-in seçmə mərhələsində G qrupunda 9 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Xatırladaq ki, “Qarabağ”ın futbolçusu Ansi Aqolli Albaniya millisinin şərəfini qoruyur. Komandanın kapitanı olan təcrübəli futbolçu Canni De Byazinin bu qərarından sonra sosial şəbəkə hesabında ona gördüyü işlər üçün təşəkkür edib.