Antalya şəhərinin Manavqat rayonunda azərbaycanlı turistləri daşıyan mikroavtobus aşıb.
“Qafqazinfo”nun “haber7”yə istinadən verdiyi xəbərə görə, hadisə iyulun 17-si axşam saatlarında qeydə alınıb.
Məlumata görə, sürücü Hüseyn D.-nin idarə etdiyi 07 HFY 108 dövlət qeydiyyat nişanlı mikroavtobus Titrəyəngöl prospektindən Herdford prospektinə dönərkən yol kənarında olan portağal bağçasına aşıb.
Təxminən 2 metr yüksəklikdən aşan avtobusda olan Azərbaycan vətəndaşları- Elşən Məmmədov, Şəfəq Məmmədova, Nur Məmmədova, Ceyran Məmmədova və Əsma Məmmədova xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri yaxşıdır.
Qeyd olunur ki, qəza sürücünün idarəetməni itirməsi səbəbindən baş verib.
Son xəbərlər
Son Xəbərlər