Antalyada dağ xizəkçiliyi mərkəzində çardaq çökdü, yaralılar var

antalyada-dag-xizekciliyi-merkezinde-cardaq-cokdu-yaralilar-var
Oxunma sayı: 1417

Türkiyənin Antalya şəhərində yerləşən “Saklıkent” dağ xizəkçiliyi mərkəzində otelin çardağının uçması nəticəsində 8 nəfər xəsarət alıb.

“Qafqazinfo” Anadolu agentliyinə istinadən xəbər verir ki, çardaq yığılan qarın ağırlığından uçub.

Yaralananlar hadisə yerinə gələn təcili tibbi yardım helikopteri ilə xəstəxanaya aparılıb.