Antalyada meşə yanğını

antalyada-mese-yangini
Oxunma sayı: 965

Türkiyənin Antalya şəhərinin Manavqat rayonunda gecə saatlarında meşə yanğını başlayıb.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, Gündoğdu məhəlləsinin Arapbeleni bölgəsində naməlum səbəbdən başlayan yanğın küləyin təsiri ilə sürətlə yayılıb.

Bölgəyə suçiləyicilər və yanğınsöndürənlər göndərilib. Üç saat ərzində yanğın nəzarətə götürülüb.