Antalyada rusiyalı turistlər üçün ikinci aviaşirkət yaradılacaq

antalyada-rusiyali-turistler-ucun-ikinci-aviasirket-yaradilacaq
Oxunma sayı: 1701

Türkiyənin Antalya şəhərində rusiyalı turistləri daşımaq üçün “MGA Aviation” adlı ikinci aviaşirkət yaradılacaq. 

“Qafqazinfo” “Airporthaber”ə istinadən xəbər verir ki, “MGA Aviation” Türkiyənin Mülki Aviasiya Baş İdarəsindən ilkin razılıq alıb.

Hava limanının qurulması işlərinin qısa müddətdə başa çatdırılması planlaşdırılır. Şirkətin iki "Boeing 737-900" və iki "Boeing 777" tipli təyyarəsi ilə fəaliyyətə başlayacağı bildirilir.

Aviaşirkət birinci mərhələdə əsasən Rusiya reyslərini yerinə yetirəcək, lakin gələcəkdə digər bazarlara da çıxmaq mümkün ola bilər.