Antalyada turistləri daşıyan avtobus aşdı - Yaralılar var

antalyada-turistleri-dasiyan-avtobus-asdi
Oxunma sayı: 654

Antalyada Kəmər-Qumluca avtomobil yolunda turistləri daşıyan avtobus qəzaya düşüb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə nəticəsində 34 sərnişindən 4-ü xəsarət alıb. Onlardan ikisi Rusiya vətəndaşıdır.

Qəza sürücünün idarəetməni itirməsi nəticəsində baş verib.

Faktla bağlı araşdırma aparılır.