Antalyada turistləri daşıyan avtobus qəzaya düşdü - 12 yaralı

antalyada-turistleri-dasiyan-avtobus-qezaya-dusdu
Oxunma sayı: 1016

Türkiyənin cənubunda Antalya vilayətində turistləri daşıyan avtobus qəzaya düşüb, azı 12 nəfər xəsarət alıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Yeni Akit” qəzeti yayıb.

Qəza Manavqat-Kızılot avtomobil yolunda baş verib. Hadisəyə səbəb avtobusun təkərinin partlaması olub.

İlkin məlumata görə, avtobusda Almaniya vətəndaşları olub. Yaralılar xəstəxanaya yerləşdirilib.