Antalyada turistləri daşıyan avtobus qəzaya düşdü - 1 ölü, 20 yaralı

antalyada-turistleri-dasiyan-avtobus-qezaya-dusdu
Oxunma sayı: 2476

Antalyada içərisində turistlərin olduğu tur avtobusu beton dirəyə çırpılıb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində 20 turist yaralanıb. 

Onlardan 16-sının rusiyalı, 4-nün belaruslu olduğu bildirilir. Qəza zamanı avtobusun sürücü həlak olub. 

Bildirilir ki, avtobus turistləri hoteldən hava limanına aparırmış.