Antalyada yanğın səbəbindən xəstəxana və evlər boşaldılır - Fotolar

antalyada-yangin-sebebinden-xestexana-ve-evler-bosaldilir
Oxunma sayı: 2332

Xəbər verdiyimiz kimi, Türkiyənin turizm mərkəzi Antalyanın Manavqat rayonunda güclü meşə yanğınları başlayıb.

“Qafqaiznfo” Türkiyə mediasına istinadən xəbər verir ki, 4 fərqli nöqtədən başlayan yanğın yaşayış evlərinə doğru irəliləyib. Sakinlər və Manavqat Dövlət Xəstəxanasının xəstələri təxliyyə olunub. Yanğına havadan və qurudan müdaxilə edilsə də, söndürmək mümkün deyil. 30 nəfər tüstününü təsirinə məruz qalıb, 3 nəfər isə yanğın zamanı xəsarət alıb.

“Nə edəcəyimizi bilmirik. Yanğın sahəsi çox böyükdür və genişlənməkdə davam edir. Nəylə mübarizə apardığımızı, hara müdaxilə edəcəyimizi bilmirik”, - deyə manavqat bələdiyyə sədri Şükrü Sözen deyib.