Antalyada zəlzələ oldu

antalyada-zelzele-oldu
Oxunma sayı: 1143

Aralıq dənizində, Antalyanın Qazipaşa rayonu yaxınlığında 5,1 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Bildirilib ki, zəlzələ yerli vaxtla saat 00:03-də yerin 13 kilometr dərinliyində baş verib.

AFAD zəlzələ ilə bağlı hər hansı tələfatın olmadığını və hadisələrin izləndiyini açıqlayıb.