Antalyada dənizdə başlayan, daha sonra beş kilometr quruya doğru irəliləyən güclü qasırğa bir nəfərin ölümünə, 11 nəfərin isə yaralanmasına səbəb olub.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, 13 yaşlı uşaq binanın damından uçan parçaların başına düşməsi nəticəsində ölüb.
Fırtına bölgədəki təsərrüfat sahələrinə, bina və avtomobillərə də zərər vurub.
Son xəbərlər
Son Xəbərlər