Antalyanın üç ayrı hissəsində meşə yanğını - Fotolar

antalyanin-uc-ayri-hissesinde-mese-yangini
Oxunma sayı: 1873

Türkiyənin Antalya şəhərində üç ayrı bölgədə meşə yanğını baş verib.

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, yanğınlar şəhərin Konyaaltı, Aksu və Manavqat bölgələrində qeydə alınıb. 

Bildirilir ki, Konyaaltı və Aksudakı yanğınlar söndürülsə də, Manavqatdakı yanğına havadan və qurudan müdaxilə davam etdirilir. 

Əraziyə çox sayda canlı qüvvə cəlb edilib.