Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin növbəti iclası keçirilib.
“Qafqazinfo”nun “Ria Novosti”yə istinadən məlumatına görə, XİN rəhbərləri iclasda Rusiyaya qarşı sanksiyaları dəstəklədiklərni ifadə ediblər. Bu barədə Polşanın Xarici işlər naziri Vitold Vaşikovski bildirib.
“Minsk razılaşmalarına əməl olunmur. Buna görə də bu məsələ ilə bağlı çıxış edənlər sanksiyaların davam etdirilməli olduğu fikrini müdafiə etdilər”, - deyə V. Vaşikovski bildirib.
Xatırladaq ki, Rusiya ilə Qərb dövlətlərinin münasibətləri 2014-cü ildə Krım və Ukraynadakı hadisələrdən sonra pisləşib. Bundan sonra Rusiyanın fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq olunmağa başlayıb.
Son xəbərlər
Son Xəbərlər