Antisanitar saçaqlı pendir sexi aşkarlandı - Fotolar

Antisanitar saçaqlı pendir sexi aşkarlandı
Oxunma sayı: 2013

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bərdə rayonu Alaçadırlı kəndində vətəndaş Həsənov Mehman Zakir oğluna məxsus pendir istehsalı müəssisəsinə reyd keçiriblər.

“Qafqazinfo” xəbər verir ki, reyd zamanı saçaqlı pendir istesal edən sexdə əhalinin qidalanmasının təşkilinə, yeyinti məhsullarının istehsalı, saxlanılması, daşınması və satışına dair qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqların pozulması faktı müəyyən edilib. 

İstehsal müəssisəsinin sanitariya norma və qaydalarına, eləcə də gigiyena normativlərinə əməl edilmədən, antisanitar şəraitdə fəaliyyət göstərdiyi məlum olub.

Qanunvericiliyin və texniki hüquqi normativ aktların tələblərinə uyğun olaraq sexin fəaliyyəti məhdudlaşdırılıb.






Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi