Antonio Quterreşin siyasi məsələlər üzrə müavini məlum olub

antonio-quterresin-siyasi-meseleler-uzre-muavini-melum-olub
Oxunma sayı: 856

ABŞ nümayəndəsi Rozmari Di Karlo BMT baş katibi Antonio Quterreşin siyasi məsələlər üzrə  müavini təyin edilib.

“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə BMT mətbuat katibliyinin məlumatında bildirilir.

Hazırda xarici işlər üzrə Milli Komitənin prezidenti və Yel universitetinin professoru olan Rozmari Di Karlo adıçəkilən vəzifədə digər ABŞ təmsilçisi Ceffri Feltmanı əvəzləyəcək.