“Neftçi”nin ispaniyalı futbolçusu Antonio Quinta Salas (Anyete) sabiq komanda yoldaşını yanına gətirmək istəyir.
“Qafqazinfo” sportal.bg saytına istinadən xəbər verir ki, onun həmyerlisi, “Levski”də çıxış edən Migel Bedoya ölkəmizə gələ bilər.
Bolqarların yazdığına görə, Anyete onu klub rəhbərliyinə məsləhət görüb. Mövsümün sonunda Sofiya klubu ilə müqaviləsi bitən Bedoya da Boqlarıstanda qalmaq istəmir. Onun Bakı klubuna gəlməyə pis baxmadığı, burada daha çox maaş qazanacağı da bildirilir.
Son xəbərlər
Son Xəbərlər