AP Azərbaycandakı prezident seçkiləri ilə bağlı qərarını açıqladı

ap-azerbaycandaki-prezident-seckileri-ile-bagli-qerarini-aciqladi
Oxunma sayı: 1386

Avropa Parlamenti Azərbaycanda baş tutacaq prezident seçkilərini müşahidə etməyəcək. “Qafqazinfo” xəbər verir ki, bu barədə AP mətbuat xidməti  məlumat yayıb.

Məlumatda deyilir ki, Avropa Parlamenti nə seçki prosesini müşahidə edəcək, nə də ondan sonra elan olunacaq nəticələrlə bağlı şərh verəcək:

“AP heç bir üzvünə qurum adından müşahidəçi olmaq üçün rəsmi mandat verməyib. Buna görə də, hər hansı deputatın istənilən müvafiq addımı şəxsi təşəbbüs hesab ediləcək”. 

AP bəyan edib ki, Azərbaycanla qurum arasındakı münasibətlərə dair hesabat plenar iclasda müzakirə ediləcək. Həmin qəbul ediləcək sənəd seçki ilə bağlı AP-nin rəsmi mövqeyini əks etdirəcək.

Qeyd edək ki, Avropa Parlamentinin bu qərarı martın 18-də Rusiyada baş tutacaq prezident seçkilərinə də şamil edilib.