Aparıcı ayağını çölə çıxaran sərnişindən yazdı - Video

aparici-ayagini-cole-cixaran-sernisinden-yazdi
Oxunma sayı: 3711

Teleaparıcı Fərid Rəsul Salyan istiqamətində hərəkətdə olarkən yolda rastlaşdığı hadisəni lentə alıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, instaqramda paylaşım edib.

Aparıcının paylaşdığı görüntülərdə hərəkətdə olan digər avtomobilin ön oturacağında əyləşən sərnişinin ayağını çölə çıxarması əks olunub.

“Havanın temperaturu 37 dərəcədir və dəhşət isti var. Arxada maraqlı bir şey görürəm. İstidəndir, nədəndir, bilmirəm, qardaşımız ayağını pəncərədən çıxarıb belə gedir”, - deyə Fərid Rəsul videoda bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Bakıda Murad Əşrəfov adlı sürücü ayağını çölə çıxararaq avtomobili idarə etmişdi. Nəticədə Yasamal Rayon Məhkəməsinin qərarına əsasən o, 10 sutka inzibati qaydada həbs edilmişdi.