Aparıcı canlı yayımda huşunu itirdi - Video

aparici-canli-yayimda-husunu-itirdi
Oxunma sayı: 4510

İsveçin TV4 telekanalında aparıcılıq edən Yenni Strömstedt canlı yayımda huşunu itirərək yerə yıxılıb.

“Qafqazinfo” xəbər verir ki, o, canlı yayımda Baş prokuror Krister Peterssondan müsahibə alarkən qəfildən yerə yıxılıb. Bundan sonra proqrama reklam fasiləsi verilib. Xəstəxanaya yerləşdirilən Strömstedtin vəziyyətinin yaxşı olduğu bildirilib.

İnstaqram hesabında açıqlama verən Strömstedt niyə huşunu itirdiyini aydınlaşdıra bilmədiyini açıqlayıb. “Yuxumu yaxşı alıram, pəhrizim də nizamlıdır. Bəzən yaşam tərzi qaydasında olan insanlarda da aşağı təzyiq müşahidə olunurmuş”,- deyə aparıcı qeyd edib.