ASAN Radionun aparıcısı və diksiya təlimçisi Cəlalə Nəzəroğlunun müəllifi olduğu “Danışığınla həyatı qazan” kitabının imza günü keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, tədbir mayın 1-də (saat 14:00-dan 16:00-ya kimi) Gənc Tamaşaçılar Teatrında baş tutacaq.
Kitab maraqla dinlənilmək, qəbul olunmaq, seçilmək və hədəflərə çatmaq üçün doğru və təsirli ünsiyyət qurmağın yollarından bəhs edir. Kitabda nitq qüsurlarının aradan qaldırılması üsulları geniş izah olunub, gözəl danışıq qabiliyyətinə sahib olan insanların mövzu ilə bağlı maraqlı həyat hekayələri yer alıb.
Gözəl nitqə sahib olmaq istəyənlər və bütün kitab həvəskarları dəvətlidir. Giriş sərbəstdir.


Son xəbərlər
Son Xəbərlər