“Aparıcın elə, prodüserin elə... Hansı ilə efirə çıxım?” - Elşad Xose

aparicin-ele-produserin-ele-hansi-ile-efire-cixim
Oxunma sayı: 3485

Son günlər müğənnilərin ölkə telekanallarında qonorar qarşılığında verilişlərə çıxmaq istəkləri ətrafında müzakirələr gedir. 

“Qafqazinfo” xəbər verir ki, bu müzakirəni yaradan repçi Elşad Xose məsələ ilə bağlı yenidən öz fikrini bildirib. Elşad Xose vurğulayıb ki, həmkarlarından fərqli olaraq, o, heç vaxt efirlərə, televiziya kanallarına bir qəpik belə xərcləməyib: “Mən ümumiyyətlə efir düşkünü olmamışam, həmişə efirdən qaçmışam”.

Repçi, eyni zamanda televiziya verilişlərindən də şikayətlənib: “Qonağın ..., aparıcın ..., prodüserin ..., stilistin ..., bərbərin ..., nəbilim e hamı .... Kimlə gəlib oturub söhbət edəsən? Kiminlə verilişə çıxasan? Nə haqda danışasan?"

O, qeyd edib ki, onun sahəsi musiqi sahəsidir və o verilişdə yalnız mədəniyyət haqqında danışa bilər: “Məsləhət, örnək, müzakirə baxımından mən nəsə deyəcəyəmsə, mən öz sözümün, söhbətimin qiymətini bilirəm. Ona görə əgər mən qonorara deyirəmsə, bu, heç kimə təəccüblə gəlməsin. Bu, ilk veriliş deyil ki, mən qonorar istəyirəm və verirlər. Heç son veriliş də deyil”.