Aparıcıya əsəbiləşib onu məhkəmə ilə hədələdi - Video

apariciya-esebilesib-onu-mehkeme-ile-hedeledi
Oxunma sayı: 4029

Əməkdar artist Elza Seyidcahan qalmaqal yaradaraq ARB TV-nin efirini tərk edib.

“Qafqazinfo” xəbər verir ki, buna səbəb canlı efirdə müğənninin “Elgizlə izlə” proqramının aparıcısı Pərvanə Tahirqızı ilə mübahisə etməsi olub. Belə ki, aparıcı Hollivud ulduzlarının da avanqard tərzə müraciət etdiyini, E. Seyidcahanın özünün imic yaratmadığını bildirib. Daha sonra dava reklam arasında da davam edib.

“Kim bu tərzdə geyinirsə, deməli, Elza xanımı təkrarlayır? Bu, yanlış fikirdir. Dünya ulduzları da başına şamdan qoyur, fərqli geyinir. Mən də avanqard geyinə bilərəm, amma bu, Elza Seyidcahanı təkrarlamaq sayılmır. O da kimlərdənsə götürüb stil yaradıb. Anadan belə doğulmayıb. Mən sizi sənətə gələndə başqa obrazda görmüşəm. Siz daha sonra fərqli imic yaratdız”,- deyə Pərvanə qeyd edib.

Müğənni-bəstəkar daha sonra əsəbiləşərək proqramı tərk edib, aparıcını məhkəməyə verəcəyini qeyd edib: “Mən anadan bu tərzdə doğulmuşam. Məni burada şantaj edirsən. Səni məhkəməyə verib, hər şeyi sübut edib təzminat alaram. Belə şey olmaz. Verilişdən gedirəm. Belə adamlarla oturmaq istəmirəm. Durub çıxsın bayıra! Getsin, mənim tələbə vaxtlarımı araşdırsın”.