“Qafqazinfo” Reuters-ə istinadən xəbər verir ki, NBC kanalında xəbər aparan Brian İraq müharibəsi zamanı başına gələn bir hadisəni danışıb. Aparıcı amerikan əsgərin öldüyü gün onunla bağlı bir xatirəni yadına salıb, 2003-cü ildə eyni əsgərlə bir helikopterdə olduğunu bildirib. Bu zaman helikopterin raketlə vurulduğunu, çətin vəziyyətdə havadan eniş etdiklərini və həmin əsgərin onu qorumasını söyləyib.
Brian Williamsın bu sözlərindən şübhələnən jurnalist Travis J. Tritten məsələni araşdırıb, bunun qurulma olduğunu ortaya çıxarıb.
Bu zaman teleaparıcı başının qarışıq olduğu üçün bu addımı atdığını bildirib, izləyicilərdən üzr istəyib. Xəbər proqramının reytinqinin düşdüyünü görən NBC kanal rəhbəri Deborah Turness aparıcını cəzalandırıb. İllik 10 milyon dollara ekrana çıxan Brian Williams 6 aylıq efirdən uzaqlaşdırılıb.
Son xəbərlər
Son Xəbərlər