Aparıcıya nazirlikdə vəzifə verildi

Aparıcıya nazirlikdə vəzifə verildi
Oxunma sayı: 7102

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin törəmə cəmiyyəti olan DOST İş Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri və mətbuat katibi vəzifəsinə təyinat olub.

“Qafqazinfo” xəbər verir ki, bu vəzifəyə ARB TV-nin aparıcısı Rüfət Seyidov gətirilib.

Bu barədə aparıcının özü feysbukda məlumat verib.

R. Seyidov çalışdığı telekanaldan ayrıldığını bildirib.