“Qafqazinfo”ya məhkəmədən verilən məlumata əsasən, bu il fevralın 9-da Suraxanı rayonunun Yeni Günəşlı qəsəbəsində Nurlan Tağıyev şəhər sakini Ramin Hüseynova basqın edib, bıçaqla xəsarət yetirməklə zərərçəkənə məxsus mobil telefonu və 3500 manat pulunu əlindən alaraq, hadisə yerindən qaçıb.
Səhəri gün şübhəli şəxs Suraxanı RPİ 33-cü polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb, onun barəsində İstintaq şöbəsində cinayət işi qaldırılıb.
Bakı Ağır cinayətlər məhkəməsinin hökmü ilə N.Tağıyev 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Hökmdən narazı qalan təqsirləndirilən tərəf apellyasiya şikayəti verib.
Cinayət işini araşdıran Bakı Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlanılması qərar qəbul edilib.
Son xəbərlər
Son Xəbərlər