APOEL-in yeni baş məşqçisi o oldu - Rəsmi

apoel-in-yeni-bas-mesqcisi-o-oldu
Oxunma sayı: 1638

Kiprin APOEL komandasının yeni baş məşqçisi bəlli olub.

"Qafqazinfo"nun klubun rəsmi saytına istinadən məlumatına görə, bu vəzifə almaniyalı Nikosiya Tomas Dolla tapşırılıb. Onunla 2 illik müqavilə imzalanıb.

Doll istefaya göndərilən italiyalı Paolo Trametsanini əvəzləyib.

Qeyd edək ki, avqustun 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda “Qarabağ” və APOEL arasında cavab görüşü keçiriləcək. Görüş saat 20:30-da başlanacaq.